Ərdoğan: "Türkiyə silah ixracatına görə dünyada 11-ci yerdədir"
Türkiyə silah ixracatının həcminə görə dünyada 11-ci pilləyə yüksəlib.
TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, hazırda ölkənin müdafiə sənayesi məhsulları 180 ölkəyə ixrac olunur.
Dövlət başçısı vurğulayıb ki, Türkiyə əldə etdiyi nailiyyətlərlə kifayətlənməyəcək və müdafiə sənayesində idxaldan tam asılılığı aradan qaldırmaq istiqamətində fəaliyyətini davam etdirəcək.
“Biz ya məqsədimizə aparan yeni yol tapacağıq, ya da o yolu özümüz açacağıq",- o vurğulayıb.
Aynur TAC