Ərdoğan: “Türkiyə münaqişəyə cəlb olunmamaq üçün tədbirlər görür”

Dünya

14.03.2026 04:00

Türkiyə bütün təhdidlərə qarşı durmağa hazırdır və İran ətrafındakı münaqişəyə cəlb olunmamaq üçün lazımi tədbirləri görür. 

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən ənənəvi iftar yeməyində bildirib. 

"Hava məkanımızı pozmaq üçün hər hansı bir təhdidə qarşı lazımi təhlükəsizlik tədbirlərini görürük. Əsas məqsədimiz ölkəmizi bu atəş tələsindən qorumaqdır. Səylərimiz yalnız hadisələrin görünən tərəfinə deyil, həm də pərdəarxası hadisələrə yönəlib. Hər şeyi ən kiçik detallarına qədər təhlil edib öyrənərək mümkün ssenariləri istisna etmirik. Ölkənin təhlükəsizliyini gücləndirməklə yanaşı, münaqişənin bölgəmizə yayılmasının qarşısını almaq üçün dialoq və diplomatiya yolu ilə çalışırıq", - deyə Türkiyə prezidenti bildirib. 

Aysel Mətləb

TodayPress TV

tag: Türkiyə,İran,Ərdoğan,Diplomatik,TodayPress TV,