Ərdoğan Trampla telefon danışığı apardı: Liderlər nəyi müzakirə etdi?

Dünya

21.01.2026 10:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. 

Bildirilib ki, telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal gündəmdə olan məsələləri müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyadakı prosesləri diqqətlə izlədiyini vurğulayaraq, bu ölkənin birliyi, bərabərliyi və ərazi bütövlüyünün Ankara üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Danışıq zamanı İŞİD-lə mübarizə məsələləri də müzakirə olunub.

Telefon danışığında, həmçinin Qəzza sektorunda sülhün təmin olunması istiqamətində aparılan səylərə toxunulub. Rəcəb Tayyib Ərdoğan bu məsələdə ABŞ ilə koordinasiyanı davam etdirmək niyyətində olduqlarını bəyan edib.

Türkiyə prezidenti Donald Trampa Qəzza üzrə Sülh Şurasının işində iştirak üçün göndərilən dəvətə görə təşəkkürünü də çatdırıb.

ABŞ prezidenti Ərdoğanla telefon danışığını müsbət və konstruktiv adlandırıb.

Aysel Mətləb

TodayPress TV

tag: Türkiyə ,ABŞ ,Suriya,Qəzza,Todaypress.tv,