Ərdoğan Trampın Nobel Sülh Mükafatını almasına təsir göstərə bilər
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəzza münaqişəsinin həllində vasitəçilik səyləri ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatını almasına müsbət təsir göstərə bilər".
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
“Ağ Ev lideri Nobel mükafatını almağa can atırsa, Ərdoğanın bu işdə rolu böyük olacaq”, - deyə bildirilib.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp özünün sosial şəbəkəsi olan “Truth Social”da bu həftə Qəzza sektoruna dair sülh planının birinci mərhələsinin başa çatacağını bildirmişdi.
Aysel Mətləb