Ərdoğan Mark Karni ilə telefon danışığı apardı

Dünya

15.04.2026 21:39

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın Baş naziri Mark Karni ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, Prezident Ərdoğan və Baş nazir Karni görüş zamanı Türkiyə-Kanada ikili münasibətlərini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Görüşdə Türkiyə lideri iki ölkə arasındakı əlaqələrin dərinləşdirilməsinə böyük önəm verdiklərini, xüsusilə enerji, müdafiə sənayesi və hava nəqliyyatı sahələri başda olmaqla bir çox məsələdə böyük əməkdaşlıq potensialının olduğunu ifadə edib.

Türkiyənin regionda sülh və asayişi bərqərar etmək üçün fəaliyyətini fasiləsiz davam etdirdiyini vurğulayan Ərdoğan, müttəfiq Kanada ilə bir çox məsələdə mövqelərinin üst-üstə düşdüyünü qeyd edib.

Türkiyə Prezidenti, həmçinin Mark Karnini Türkiyənin ev sahibliyi ilə keçiriləcək NATO Ankara Sammitinə və COP31 Sammitinə dəvət edib. Eyni zamanda 2026-cı il başa çatmamış Baş nazir Karnini rəsmi səfər çərçivəsində Türkiyədə qəbul etmək istədiklərini bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: Ərdoğan,Kanada,Türkiyə,Mark Karni,TodayPress TV,