Ərdoğan hökumətində dəyişiklik ola bilər - İDDİA

Ərdoğan hökumətində dəyişiklik ola bilər - İDDİA
14.08.2026 12:37 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hökumətdə yeni dəyişikliklər edə biləcəyi barədə məlumat yayılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Gazete Pencere” yazıb.

Məlumata görə, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçirin vəzifədən azad edilə biləcəyi iddia olunur. Buna səbəb kimi Çinin "BYD" şirkətinin Manisada 1 milyard dollarlıq elektrik və hibrid avtomobil zavodu layihəsini dayandırması göstərilir. Kaçirin yerinə Müdafiə Sənayesi rəhbəri Haluk Görgünün gətirilə biləcəyi bildirilir.

İddialara görə, Ətraf Mühit naziri Murat Kurum da vəzifəsini dəyişə bilər. Onun Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlunu əvəzləyə biləcəyi qeyd olunur. Bu dəyişiklik İstanbul Kanalı layihəsi ilə bağlı vəziyyətlə əlaqələndirilir.

Bundan başqa, Ticarət naziri Ömər Bolat və Gənclər və İdman naziri Osman Aşkın Bakın da istefa verə biləcəyi iddia edilir. Onların mümkün istefasının səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, Ərdoğan bu ilin fevralında Daxili İşlər və Ədliyyə nazirlərini dəyişmişdi. 2023-cü ildə formalaşdırılan kabinetdə bundan əvvəl əsaslı dəyişiklik baş verməmişdi.

Qeyd edək ki, Türkiyə hökuməti və Ərdoğanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi oxşar kabinet dəyişikliyi xəbərlərini dəfələrlə təkzib edib. Bu səbəbdən hazırkı məlumatlar hələlik iddia olaraq qalır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər