“Ukrayna 2022-ci ildə ən böyük səhvi etdi” - Fiko
Slovakiyanın Baş naziri Robert Fiko Ukraynanın 2022-ci ilin aprelində Rusiya ilə hazırlanmış sülh sazişini imzalamamasını “böyük səhv” adlandırıb.
TodayPress TV xəbər verir ki, Fiko Rusiyanın Ukrayna ərazisinin dərinliklərinə doğru irəlilədiyini və Rusiyanı nəzarətində saxladığı ərazilərdən çıxmağa məcbur edə biləcək beynəlxalq qüvvənin olmadığını bildirib.
Onun sözlərinə görə, Ukrayna münaqişənin başlamasından bir neçə ay sonra, 2022-ci ilin aprelində Qərbin mövqeyini nəzərə alaraq hazırlanmış sülh sazişini imzalamamaqla böyük səhvə yol verib.
Fiko Slovakiya hökumətinin Ukraynaya hərbi yardım və hərbi kreditlərin verilməsində iştirak etmədiyini də vurğulayıb.
“Biz açıq şəkildə bu strategiyanı rədd edirik. Biz deyirik: müharibəyə yox və sülh danışıqlarına dərhal başlanmasına çağırırıq”, - deyə Slovakiya Baş naziri bildirib.
Kübra Musayeva