Ərdoğan: "ABŞ və İran arasında danışıqlar prosesi davam edir"

Dünya

05.02.2026 15:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında mövcud problemlərin diplomatik yolla həlli üçün iradənin qaldığını və danışıqlar prosesinin kəsilmədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, regionun yeni bir münaqişəyə və xaosa sürüklənməsinin qarşısını almaq üçün Ankara ABŞ və İran arasındakı gərginliyin azaldılması istiqamətində səylərini davam etdirir. O vurğulayıb ki, Türkiyə İrana qarşı hərbi müdaxilə perspektivi ilə razılaşmır və bu mövqeyini tərəfdaşlarına açıq şəkildə çatdırıb.

Türkiyə liderinin bildirib ki, hazırda hər iki tərəf diplomatiyaya açıqdır və bu müsbət haldır.

Ərdoğan qeyd edib ki, problemin həlli qarşıdurmada deyil, danışıqlar və ortaq məxrəc tapmaqdan keçir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Türkiyə,ABŞ,İran,Problem,Todaypress.tv,