Ərbildə yaşayış binasına pilotsuz təyyarə hücum etdi
İraqın şimalındakı Ərbil şəhərinin bir rayonunda yaşayış binasına pilotsuz uçuş aparatı hücum edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, döyüş pilotsuz təyyarəsi yaşayış binasına zərbə endirib.
Mümkün itkilər barədə hələlik məlumat yoxdur.
Aysel Mətləb