Əraqçi Uittkoffla birbaşa mesaj mübadiləsi apardığını bəyan etdi
Dünya
31.03.2026 22:26
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə birbaşa mesaj mübadiləsi apardığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Əraqçi "Əl-Cəzirə"yə müsahibədə məlumat verib.
"Əvvəlki kimi, mən birbaşa Uitkoffdan mesajlar alıram, amma bu, danışıqlar apardığımız anlamına gəlmir. Bunlar danışıqlar deyil, sadəcə birbaşa və ya bölgədəki dostlarımız vasitəsilə mesaj mübadiləsidir", - deyə nazir vurğulayıb.
O qeyd edib ki, İran hələlik münaqişənin həlli ilə bağlı 15 maddəlik plan barədə ABŞ-yə rəsmi cavab göndərməyib və heç bir əks şərt irəli sürməyib.
Əraqçi, həmçinin bildirib ki, İran İslam Respublikası dost gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin etmək üçün bütün tədbirləri görüb. Lakin marşrut İrana qarşı müharibə aparanlar üçün bağlı qalır.
Əraqçi eyni zamanda əlavə edib ki, Tehran istənilən quru əməliyyatına hazırdır.
Aysel Mətləb
tag: İran,Əraqçi,Uitkoff,ABŞ,TodayPress TV,
