Əraqçi: "Qızlar məktəbinə hücum cavabsız qalmayacaq"
İran Minab şəhərindəki qızlar məktəbinə edilən hücumun cavabsız qalmayacağına söz verib.
TodayPress TV xəbər verir ki, bu bardə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb.
“Bu, İranın cənubundakı qızlar məktəbinin dağıdılmış binasıdır. Bu yer gənc şagirdlərlə dolu olarkən gündüz vaxtı atəşə tutulub. Təkcə bu yerdə onlarla günahsız uşaq həlak olub. İran xalqına qarşı bu cinayətlər cavabsız qalmayacaq”, - deyə o bildirib.
Aysel Mətləb