Əraqçi Oman sultanı ilə görüşdü: İranın mövqeyi çatdırıldı

Əraqçi Oman sultanı ilə görüşdü: İranın mövqeyi çatdırıldı
26.04.2026 13:50 Dünya

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Əl-Baraka sarayında İranın xarici işlər naziri Seyid Abbas Əraqçini qəbul edib.

TodayPress TV xəbər verir ki, Oman Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Yaxın Şərqdəki son vəziyyət və bölgədə gərginliyin yumşaldılması yolları müzakirə olunub.

Tərəflər həmçinin İran, ABŞ və İsrail arasında mövcud gərginliyin aradan qaldırılması istiqamətində vasitəçilik səylərini nəzərdən keçiriblər.

Qeyd edilib ki, Əraqçi İranın mövqeyini Oman Sultanına çatdırıb və Maskatın regionda dialoq və təhlükəsizliyin gücləndirilməsi istiqamətindəki roluna görə təşəkkürünü ifadə edib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər