Əraqçi: "İran ABŞ-nin dialoqa hazır olduğuna əmin deyil"
İran hələlik ABŞ-nin münaqişələrin həllində tamamilə diplomatik metodlara keçməyə həqiqətən hazır olduğuna əmin deyil.
TodayPress TV xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi "X"də yazıb.
"ABŞ-ın diplomatiyaya keçməyə nə dərəcədə hazır olduğunu müəyyən etmək üçün hələ müşahidə aparmaq lazımdır", - deyə nazir bildirib.
Xarici işlər naziri İslamabada son səfərini məhsuldar adlandırıb və Pakistan tərəfi ilə İrana qarşı təcavüzün daimi dayandırılması üçün lazım olan şərtləri müzakirə etdiyini diqqətə çatdırıb.
Aysel Mətləb