Ər-Riyadda Mərkəzi Kəşfiyyat İdarəsinin ofisi vuruldu

Dünya

04.03.2026 10:28

Martın 3-də Səudiyyə  Ərəbistanındakı  ABŞ səfirliyinə pilotsuz təyyarə hücumu zamanı Ər-Riyaddakı Central Intelligence Agency (MKİ) ofisinə ziyan dəyib. Bildirilir ki, hadisə nəticəsində itki olmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. 

İlkin məlumatlara görə, hücum İran istehsalı olan dronla həyata keçirilib. ABŞ və Səudiyyə Ərəbistanı rəsmiləri səfirlik binasına pilotsuz uçuş aparatlarının hücum etdiyini təsdiqləsələr də, MKİ ofisinə dəymiş ziyanı rəsmi şəkildə təsdiqləməyiblər.

Qeyd edək ki, MKİ-nin sözügedən ofisi səfirlik binasında yerləşir və agentliyin regiondakı əsas obyektlərindən biri hesab olunur.

Zərərin miqyası barədə hələlik məlumat verilməyib. Səudiyyə Ərəbistanı tərəfi səfirlik ərazisində yanğın baş verdiyini açıqlayıb.

Jalə Rövşən 

TodayPress TV

tag: Səudiyyə Ərəbistanı,İran ,Mərkəzi Kəşfiyyat İdarəsi,Dron,Todaypress.tv,