Ər-Riyad təkzib etdi: Şahzadə Sultan aviasiya bazasına zərbə endirilməyib!
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Əl-Xərc əyalətində yerləşən Şahzadə Sultan aviasiya bazasına zərbə endirilməsi barədə yayılan məlumatları təkzib edib.
TodayPress TV xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Turki əl-Maliki "X" sosial şəbəkəsində bəyan edib.
"Şahzadə Sultan aviasiya bazasına hücum edilməsi barədə məlumatlar həqiqəti əks etdirmir", – deyə əl-Maliki bildirib.
O dəqiqləşdirib ki, iyunun 8-i səhər saatlarında Əl-Xərcdə hava həyəcanı siqnalları Yəməndən krallıq sərhədi yaxınlığında radarlardan itən ballistik raketin buraxılmasından sonra ehtiyat tədbiri olaraq aktivləşdirilib.
Müdafiə Nazirliyi rəsmisinin sözlərinə görə, hazırda hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırmalar davam edir.
Aysel Mətləb