Əməkhaqqı tələbi ölkəni ayağa qaldırdı: 146 min insan küçələrdə…

Əməkhaqqı tələbi ölkəni ayağa qaldırdı: 146 min insan küçələrdə…
17.11.2026 22:03 Dünya

Fransada dövlət sektoru işçilərinin əməkhaqlarının artırılması tələbi ilə keçirilən ümumölkə tətili çərçivəsində etiraz aksiyaları baş tutub. Nümayişlər əksər şəhərlərdə sakit keçsə də, Nant şəhərində polis və etirazçılar arasında toqquşmalar yaşanıb.

TodayPress TV xəbər verir ki, bu barədə beynəlxalq media orqanları məlumat yayıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda ümumilikdə 146 min nəfər iştirak edib. Reuters-in yaydığı məlumata əsasən, bu, noyabrın 5-də keçirilən əvvəlki ümumölkə etirazları ilə müqayisədə xeyli azdır. Həmin aksiyalarda 575 min nəfər iştirak etmişdi.

Etirazların əsas səbəbi dövlət sektoru işçilərinin əməkhaqlarının artırılması tələbi olub. Həmkarlar ittifaqları hökumətin əməkhaqqı siyasətindən narazılıqlarını bildiriblər.

Nantda nümayiş zamanı polis və etirazçılar arasında qarşıdurma yaşanıb. Hüquq-mühafizə orqanları izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər