Əhməd Əl Şaraanın ABŞ-yə səfəri təsdiqləndi
Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani Prezident Əhməd Əl Şaraanın noyabr ayında ABŞ-yə səfər edəcəyini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə "SANA" XİN rəhbərinə istinadən məlumat yayıb.
Nazir konkret tarix demədən bildirib ki, bu ay Əl Şaraanın Ağ Evə səfəri planlaşdırılır və orada Suriyanın müharibədən sonrakı yenidən qurulması ilə bağlı danışıqlar aparacaq.
Səfərdə həmçinin Suriyaya qarşı sanksiyaların tamamilə ləğvi məsələsinin də müzakirə olunacağı gözlənilir.
Türkan İsgəndərli