Əfqanıstan XİN rəhbəri ABŞ nümayəndəsi ilə görüşdü
Əfqanıstanın xarici işlər naziri Əmir Xan Mottaki bazar günü Kabilə gələn ABŞ-nin Əfqanıstan üzrə sabiq xüsusi nümayəndəsi Zalmay Xəlilzadla ABŞ ilə əlaqələrin inkişafını müzakirə edib.
TodayPress TV xəbər verir ki, bu barədə Əfqanıstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu görüşdə Əfqanıstan və ABŞ arasında ikitərəfli münasibətlərin inkişaf yolları, imkanları və çətinlikləri barədə hərtərəfli müzakirələr aparılıb", - məlumatda deyilir.