Efiopiyada Afrikanın ən böyük aeroportu tikiləcək
"Ethiopian Airlines" Efiopiyanın Bişoftu şəhərində 12,5 milyard dollar dəyərində yeni hava limanının tikintisinə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Tikinti tamamlandıqdan sonra 2030-cu ildə layihə qitədə ən böyük aeroport olacaq.
Hava limanı eyni vaxtda 270-ə qədər təyyarə qəbul edə və ildə 110 milyon sərnişinə xidmət göstərə biləcək, bu da bölgədə aviasiya əlaqələrini və turist axınını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.