Dünyada rekord sayda milyarder qeydə alındı - Lider...
Dünyada milyarderlərin sayı rekord həddə çatıb və onların sərvəti digər təbəqələrlə müqayisədə daha sürətlə artır.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "UBS Group AG"yə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda dünyada 3 302 milyarder var. Son bir ildə onların sayı təxminən 13,1 faiz artaraq tarixi maksimuma çatıb. Ən böyük artım ABŞ və Asiya ölkələrinin payına düşüb.
2026-cı ilin aprelində başa çatan bir il ərzində milyarderlərin ümumi sərvəti 25 faiz artıb və bu göstərici qlobal sərvətin ümumi artım tempini üstələyib.
"UBS", həmçinin sərvəti 50-100 milyard dollar arasında olan 18 nəfəri və aktivləri 100 milyard dollardan çox olan daha 19 milyarderi qeydə alıb. Onlardan 15-i ABŞ-də yaşayır.