Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırdı

Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırdı
07.03.2026 12:30 Dünya

BƏƏ hökuməti Dubay Beynəlxalq Hava Limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, qərar hava limanı yaxınlığında İrana məxsus pilotsuz təyyarənin qəzaya uğramasından sonra qəbul edilib.

"Sərnişinlərin, hava limanı işçilərinin və aviaşirkət heyətinin təhlükəsizliyini təmin etmək üçün Dubay Beynəlxalq Aeroportunda (DXB) əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. Bütün prosedurlar müəyyən edilmiş təhlükəsizlik protokollarına uyğun həyata keçirilir", - deyə bəyanatda əks olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər