Dron qəzası 2 nəfərin HƏYATINA SON QOYDU

Dron qəzası 2 nəfərin HƏYATINA SON QOYDU
13.03.2026 12:16 Dünya

Oman Sultanlığının Sohar əyalətində dron qəzası nəticəsində iki nəfər həyatını itirib.

TodayPress TV  xəbər verir ki, bu barədə Omanın xəbər agentliyi "ONA" məlumat yayıb. 

Nəşrin məlumatına görə, ölənlər xarici vətəndaşlardır.

"Sohar əyalətində iki dron qəzaya uğrayıb. Onlardan biri Əl-Əvahi sənaye zonasına düşüb, nəticədə iki əcnəbi ölüb, bir neçə nəfər isə yaralanıb. İkinci dron açıq əraziyə düşüb, lakin heç kim xəsarət almayıb", - nəşr yazıb. 

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər