Dövlət qulluqçuları telefonlarını çəkiclə sındırdılar - VİDEO

Dövlət qulluqçuları telefonlarını çəkiclə  sındırdılar  - VİDEO
10.06.2026 15:49 Dünya

Taliban lideri Həbibullah Axundzadə qrup üzvləri və hökumət işçiləri üçün smartfonlardan istifadəni qadağan edən yeni sözlü əmr verib.

TodayPress TV xəbər verir ki, əmrlə bağlı Ədliyyə Nazirliyi sənəd yayıb.

Bildirilib ki, qadağanı pozanlar “cinayətkar” sayılacaq və hərbi məhkəməyə cəlb olunacaq.

Bu, Ali Rəhbərin smartfonların “mənəvi təhlükə” yaratdığı barədə narahatlığı ilə izah olunub.

Bir çox Taliban üzvü isə Ali Rəhbərə sədaqət nümayiş etdirmək üçün ictimai şəkildə smartfonlarını çəkiclə sındırır. Lakin maraqlı detalı odur ki, Taliban demək olar ki, bütün idarəetmə və kommunikasiyasını WhatsApp vasitəsilə aparır.

Bu, qadağanın praktikada necə tətbiq olunacağını sual altına alır.

Jalə Rövşən



XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər