Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq etdi

Dünya

04.04.2026 23:40

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

TodayPress TV agentliyə istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, aprelin 5-i gündüzdən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi aprelin 6-sı axşam saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 4.0-6.0 metrə çatacağı proqnozlaşdırılır.

TodayPress TV

tag: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ,Dövlət Dəniz və Liman Agentliyi, Külək, Xəbərdarlıq, todaypress.tv,