"Disney" kruiz səyahətlərinə başlayır
Dünya
07.03.2026 12:08
Amerikanın “Walt Disney Co.” şirkəti mart ayında ən böyük kruiz gəmisi olan “Disney Adventure” ilə ilk sərnişin səyahətini təşkil edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “CNBC” məlumat yayıb.
Gəmi “Sinqapur” limanından yola düşəcək və sərnişinlər üçün üç və dörd gecəlik səyahətlər təşkil olunacaq.
“Disney Adventure” 6,7 min sərnişin qəbul edə biləcək. Bu, “Disney Wish”, “Disney Treasure” və “Disney Destiny” gəmilərindən təxminən üçdə iki dəfə çoxdur. Gəmidə həmçinin təxminən 2,5 min heyət üzvü çalışacaq.
“Disney Signature Experiences” şirkətinin prezidenti Co Şott bildirib ki, şirkətin xidmət modeli böyük heyət tələb edir.
“Walt Disney Co.” 2031-ci ilə qədər donanmasına “Disney Adventure” ilə yanaşı daha beş yeni gəmi əlavə etməyi planlaşdırır.
Türkan İsgəndərli
tag: Disney,Kruiz,Səyahət,Sinqapur,Todaypress.tv,
