Dehlidə bina çökdü, ölən və yaralananlar var
Dehlinin cənubundakı Satya Niketan ərazisində çoxmərtəbəli binanın uçması nəticəsində iki nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə yerli polis əməkdaşı məlumat verib.
Bina gündüz vaxtı, zirzəmisində təmir işləri aparılarkən uçub. İndiyədək dağıntılar altından doqquz nəfər xilas edilib. Zabit əlavə edib ki, onlardan ikisi həyatını itirib, digər yeddi nəfər isə yerli xəstəxanada müalicə alır.
Milli Fəlakətlərlə Mübarizə Qüvvələrinin briqadaları daha çox insanın dağıntılar altında qalması narahatlığı fonunda xilasetmə və yardım işlərini həyata keçirirlər.
Aysel Mətləb