DÇ-2026: İspaniya 1/8 finala çıxdı - YENİLƏNDİ

DÇ-2026: İspaniya 1/8 finala çıxdı - YENİLƏNDİ
03.07.2026 00:55 Dünya

Futbol üzrə dünya çempionatında İspaniya Avstriyanı məğlub edib.

TodayPress TV xəbər verir ki, Los-Anceles stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ispanlar 3:0 hesablı qələbə qazanıblar.

Mikel Oyarsabal (36, 89) və Pedro Porro (66) fərqlənən futbolçular olublar.

00:55

Futbol üzrə dünya çempionatının İspaniya - Avstriya oyununda üçüncü qol vurulub.

TodayPress TV xəbər verir ki, Los-Anceles stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ispanlar hesabdakı üstünlüklərini artırıblar - 3:0.

89-cu dəqiqədə Mikel Oyarsabal dubl edib.

00:34

Futbol üzrə dünya çempionatının İspaniya - Avstriya oyununda ikinci qol vurulub.

TodayPress TV xəbər verir ki, Los-Anceles stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ispanlar hesabdakı üstünlüklərini artırıblar - 2:0.

66-cı dəqiqədə Pedro Porro fərqlənib.

00:08

Futbol üzrə dünya çempionatının İspaniya - Avstriya oyununda ikinci hissə başladı.

23:56

Futbol üzrə dünya çempionatının İspaniya - Avstriya oyununda ilk hissə bitib.

TodayPress TV xəbər verir ki, Los-Anceles stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ispanlar hesabda irəlidədirlər- 1:0.

36-cı dəqiqədə Mikel Oyarsabal fərqlənib.

23:45

Futbol üzrə dünya çempionatının İspaniya - Avstriya oyununda ilk qol vurulub.

TodayPress TV xəbər verir ki, Los-Anceles stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ispanlar hesabda irəli çıxıblar - 1:0.

36-cı dəqiqədə Mikel Oyarsabal fərqlənib.

23:10

2026-cı il futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində bu gün daha bir maraqlı qarşılaşma keçirilir.

TodayPress TV xəbər verir ki, günün son oyununda İspaniya millisi Avstriya yığması ilə qarşılaşıb.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Qarşılaşmanın qalibi 1/8 final mərhələsinə vəsiqə qazanacaq. 

Kübra Musayeva

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər