Danimarka Ukraynaya hərbi yardımı azaldır
Danimarka 2026-cı ilə qədər Ukraynaya hərbi yardımı demək olar ki, yarıya qədər azaltmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Troels Lund Poulsen məlumat verib.
O Danimarkanın gələn il 9,4 milyard kron (1,5 milyard dollar) töhfə verəcəyini açıqlayıb. Kopenhagen 2025-ci ildə 16,5 milyard kron (2,6 milyard dollar), 2024-cü ildə isə 19 milyard kron (2,9 milyard dollar) ayırıb.
Aysel Mətləb