Azərbaycanla sərhəddə baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB
Dağıstanın Qızılyurd rayonunda "Mozdok-Kazımaqomed" magistral qaz kəmərində partlayışdan sonra baş verən yanğın söndürülüb.
TodayPress TV-nin məlumatına görə, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verib.
"Hazırda yanğın söndürülüb. Ölən və ya xəsarət alan yoxdur", - açıqlamada deyilir.
Qeyd olunur ki, qaz kəmərindəki alovun hündürlüyü 15 metrə çatıb. Təhlükəsizlik məqsədilə Nijni Çıryurt və Gelbax kəndlərində ümumilikdə 310 ev təxliyə edilib.
Nazirlik bildirib ki, hazırda partlayışın nəticələrinin aradan qaldırılmasına 12 yanğınsöndürən və üç texnika cəlb olunub.
xxx
Dağıstanın Kizilyurt şəhərində magistral qaz kəmərində üç partlayış baş verib.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə Dağıstan üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
İlkin məlumata görə, diametri 1200 millimetr olan magistral qaz kəmərində üç partlayış baş verib.
FHN-in regional idarəsin qeyd edir ki, qaz kəmərinin partlaması yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.
“Hadisə yerində yanğın müşahidə olunur, qaz yüksək təzyiqlə çıxmağa davam edir”, - deyə məlumatda vurğulanır.
Yanğın zamanı məşəltipli alovun hündürlüyü 15 metrə çatıb.
Hadisədən sonra Kizilyurtdan keçən qaz kəmərinin fəaliyyəti dayandırılıb və kəmər bağlanıb.