Dağıstanda daşqınlar səbəbindən qatar reysləri ləğv edildi
Dünya
05.04.2026 18:00
Dağıstanda baş verən güclü daşqınlar səbəbindən bir sıra şəhərətrafı qatarların hərəkət cədvəli dəyişdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Şimali Qafqaz Dəmir Yolu məlumatı yayıb.
Bildirilir ki, Mahaçqala ilə Dərbənd arasındakı dəmir yolu xətlərinin bəzi hissələri su altında qaldığı üçün ümumilikdə 12 qatar reysi müvəqqəti olaraq ləğv edilib. Ləğv edilən reyslər Dərbənd–Mahaçqala, Dərbənd–Xasavyurt, Mahaçqala–Dərbənd və Xasavyurt–Dərbənd istiqamətlərini əhatə edir.
Qurum sərnişinlərə səfər etməzdən əvvəl qatarların aktual cədvəlini yoxlamağı tövsiyə edib.
Qeyd edək ki, Dağıstan son günlərdə ikinci dəfə güclü yağışların yaratdığı daşqınlarla üzləşib. Sel nəticəsində bəzi yollar bağlanıb, Mahaçqalada isə yaşayış binasının uçduğu bildirilir.
Türkan İsgəndərli
tag: Dağıstan,Daşqın,Qatar,Su,Todaypress.tv,
