CNN: Çin İrana kömək edəcək

CNN: Çin İrana kömək edəcək
07.03.2026 11:15 Dünya

Çin İrana dəstək verə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Belə ki, Pekin indiyə qədər müharibədən kənarda qalmasına baxmayaraq, ABŞ Çinin İrana müəyyən dəstək verə biləcəyinə dair kəşfiyyat məlumatları əldə edib.

Məlumata görə, Çin İrana maliyyə yardımı, ehtiyat hissələri və raket komponentləri təqdim edə bilər.

Bildirilib ki, Çin İran neftindən ciddi şəkildə asılıdır və gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin etmək üçün Tehrana təzyiq göstərir.

Mənbələrə görə, Çin bu məsələdə ehtiyatlı davranır və müharibənin dayandırılmasını istəyir. Müharibənin davam etməsi Çinin enerji təchizatını riskə ata bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər