Çində Putini belə aşağıladılar: Sin Pinin ovcu boyda

Çində Putini belə aşağıladılar: Sin Pinin ovcu boyda
23.05.2026 13:35 Dünya

Rusiya prezidenti Vladimir Putin Çində təqdim olunan rəsmlə bağlı diqqətçəkən bir təsvirlə qarşılaşıb.

TodayPress TV xəbər verir ki, sözügedən əsərdə Çin Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putindən təxminən iki dəfə böyük ölçüdə təsvir olunub.

Rəsmdə Si Cinpin ön planda irəliləyir, Putin isə onun arxasınca addımlayır. Eyni zamanda Çin lideri irəliyə baxdığı halda, Putin ona tərəf yönəlmiş şəkildə göstərilib.

Bundan başqa, Si Cinpin sakit və özünəinamlı obrazda təqdim olunub, Putin isə sanki ona yetişməyə çalışan, bərabər statusdan daha çox müşayiətçi kimi görünən fiqur kimi təsvir edilib.

Ümumilikdə bu kompozisiya tərəflər arasında “böyük qardaş–kiçik qardaş” simvolikasını ön plana çıxaran mesaj kimi qiymətləndirilir.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər