Çində mədən faciəsi: Ölənlərin sayı 90 nəfərə çatdı - YENİLƏNDİ 3

Dünya

23.05.2026 11:15

Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində qaz partlaması nəticəsində həlak olanların sayı 90 nəfərə yüksəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

***

10:10

Çinin şimalında yerləşən Şansi əyalətinin Tsinyuan qəzasındakı kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə yüksəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "Xinhua" agentliyi xəbər verir.

***

09:30

Çinin şimalındakı Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 50-yə yüksəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "Xinhua" məlumat yayıb.

Hazırda hadisə yerində axtarış işləri davam edir.

Qeyd edək ki, hadisə əyalətin Çinyuan rayonunda mayın 22-də axşam saatlarında baş verib. Hadisə baş verən vaxt mədəndə 247 nəfər işləyirmiş. Xilasedicilər 201 nəfəri təxliyə edib.

TodayPress TV

***

07:36

Çinin Şansi əyalətində yerləşən kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı 8 nəfər ölüb, 38 nəfər isə yeraltında qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Xinhua" məlumat yayıb.

Məlumata görə, mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub. Xilasedicilər indiyədək 201 nəfəri təxliyə edib, həlak olan səkkiz nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.

Hazırda yeraltında qalan mədənçilərin xilas edilməsi istiqamətində əməliyyatlar davam edir. Qəzanın səbəbləri araşdırılır.

TodayPress TV

tag: Çin,Şansi əyaləti,kömür mədəni,qaz partlayışı,Todaypress.tv,