Çin rekord həcmdə qaz satdı

Dünya

02.04.2026 14:44

Çin şirkətləri mayeləşdirilmiş təbii qazın (LNG) spot qiymətlərinin artmasından faydalanaraq rekord həcmdə satış həyata keçiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Buna səbəb ölkədə qaz tələbatının zəifləməsi və daxili istehsal ilə boru kəmərləri vasitəsilə təminatın kifayət qədər olmasıdır. Bu vəziyyət İranla müharibə səbəbindən təchizat problemi yaşayan digər Asiya ölkələrindən fərqlənir.

Məlumata görə, Çin mart ayında 8-10 LNG partiyasını yenidən ixrac edərək tarixdə ən yüksək aylıq göstəriciyə nail olub.

Ümumilikdə ilin əvvəlindən etibarən Çin 1,31 milyon metrik ton LNG-ni əhatə edən 19 partiya satıb. Bu partiyaların 10-u Cənubi Koreyaya, 5-i Taylanda, qalanları isə Yaponiya, Hindistan və Filippinə göndərilib.

Müqayisə üçün, Çin 2025-ci ildə 0,82 milyon ton, 2023-cü ildə isə 0,98 milyon ton mayeləşdirilmiş təbii qaz ixrac etmişdi.

Türkan İsgəndərli

TodayPress TV

tag: Çin,LNG,Rekord,Qaz,Todaypress.tv,