Çin raketi "Shi jian-28" eksperimental peykini orbitə göndərdi
"Changzheng-7A" ("Böyük yürüş-7A") daşıyıcı raketi "Shi jian-28" eksperimental peykini uğurla orbitə çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə "China Daily" məlumat yayıb.
Məlumata görə, raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundan Pekin vaxtı ilə 20:20-də (Bakı vaxtı ilə 16:20-də) həyata keçirilib. Peyk daşıyıcıdan ayrıldıqdan sonra uğurla nəzərdə tutulan orbitə çıxıb.
Cihaz əsasən, kosmik mühitin tədqiqi, eksperimentlərin aparılması və müxtəlif texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.
Türkan İsgəndərli