Çin Mərkəzi Bankı bazara 88 milyard dollardan çox vəsait yönəldəcək
Çin Xalq Bankı mayın 25-də maliyyə institutları üçün orta müddətli kredit mexanizmi vasitəsilə bazara 600 milyard yuan (təxminən 88,2 milyard dollar) həcmində vəsait yönəldəcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, əməliyyatın məqsədinin bank sistemində kifayət qədər likvidliyin təmin edilməsi olduğu bildirilib.
Məlumata görə, proses sabit məbləğ, dəyişkən faiz dərəcəsi və çoxqiymətli tender üsulu ilə həyata keçiriləcək.
Aysel Mətləb