Çin İrana dərman yardımı göndərəcək
Çin tərəfindən İrana 58 ton dərman yardımı göndəriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Çinin Tehrandakı səfiri Konq Peyvu İranın Qızıl Aypara Cəmiyyətini məlumatlandırıb.
"Çin Xalq Respublikasının Tehrandakı səfiri İrana 58 ton dərman yardımı yükünün bağışlandığını xəbər verib", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, bu, Pekinin beynəlxalq humanitar öhdəliklərə sadiqliyinin simvoludur.