Mokhada gərginlik pik həddə: husilərə zərbələr endirildi
Yəmənin hökumət qüvvələri bu gün Qırmızı dənizdəki Mokha liman şəhərində husilərə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Saba" agentliyi məlumat yayıb.
Məlumata görə, Silahlı Qüvvələr texnika və silahları məhv edib, həmçinin husi qruplaşmasının üzvlərini zərərsizləşdirib.
Hökumət qüvvələrinin nümayəndəsi Məcid Abdulla əl-Nazili bildirib ki, şəhərdən 11 km məsafədə yerləşən Mokha - Zubab yolunda da husilərin texnikasına və canlı qüvvəsinə zərbələr endirilib.