SEPAH terrorçularla toqquşdu - 7 nəfər öldü

SEPAH terrorçularla toqquşdu - 7 nəfər öldü
12.09.2026 15:37 Dünya

İranın cənub-şərqində, Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində SEPAH qüvvələri ilə silahlı qrup arasında toqquşma baş verib.

TodayPress TV xəbər verir ki,  SEPAH Saravanda terror aktı hazırlığında olduğu bildirilən qrupla əməliyyat zamanı qarşıdurma yaşandığını açıqlayıb.

SEPAH-ın məlumatına əsasən, toqquşma nəticəsində qrupun 4 üzvü öldürülüb, 3 SEPAH əməkdaşı isə həyatını itirib.

Əməliyyat zamanı qrupun gizləndiyi ərazidən silah, sursat və partlayıcı maddələr aşkarlanaraq götürülüb.

SEPAH öldürülənlərin sayının arta biləcəyini bildirib. 

XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər