Çin Hərbi Hava Qüvvələri yeni taktika tətbiq edir
Çinin J-16 çoxməqsədli qırıcısının maksimum döyüş yükü (“beast mode”) ilə görüntülənməsi ölkənin Hərbi Hava Qüvvələrinin yeni taktika tətbiq etdiyini göstərə bilər.
TodayPress TV xəbər verir ki, hərbi analitiklərin fikrincə, bu konfiqurasiya Çin qırıcılarının uzaq məsafələrdə daha uzun müddət patrul aparması və hava üstünlüyü qazanması üçün hazırlanıb. Fotoda J-16 səkkiz PL-15 orta mənzilli və iki PL-10 yaxın mənzilli “hava-hava” raketi ilə təchiz olunub.
Mütəxəssislər hesab edirlər ki, bu dəyişiklik Pekinin uzaq məsafəli hava əməliyyatları imkanlarını genişləndirmək istiqamətində atdığı növbəti addımdır.