Çin avtomobillərində gizli tutacaqlar qadağan edildi

Dünya

05.02.2026 18:15

Çin elektron və gizli qapı tutacaqları olan avtomobillərin istehsalını qadağan edib.

TodayPress TV  "Lenta.ru"ya istinadən xəbər verir ki, "TechCrunch"ın məlumatına görə, Çin hakimiyyəti gizli qapı tutacaqları olan avtomobillərin istehsalına icazə verməyəcək.

Yeni qaydalar Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin saytında dərc edilib. Sənədə əsasən, avtomobil istehsalçıları nəqliyyat vasitələrini mexaniki qapı açma sistemləri ilə təchiz etməlidirlər. Beləliklə, ölkədə elektron idarə olunan və gizli qapı tutacaqları qadağandır. Qaydalar 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minəcək.

Sənəddə göstərilir ki, arxa baqaj qapağı istisna olmaqla, hər bir nəqliyyat vasitəsinin qapısı mexaniki açılma sistemi ilə təchiz olunmalıdır. Bundan əlavə, avtomobillərin içərisində də açılma mexanizmi olmalıdır.

"TechCrunch" jurnalistlərinin fikrincə, Çin dünyada avtomobillərdə gizli tutacaqlar problemini həll edən ilk ölkədir. Əvvəllər elektron qapı açma sistemləri qəzalar zamanı bir çox sürücünü avtomobillərdə kilidli vəziyyətdə qoyurdu.

Müəlliflər qeyd edirlər ki, gizli tutacaqlar Tesla avtomobillərinin əsas xüsusiyyətinə çevrilmişdi. Yeni qaydalar isə 40 avtomobil istehsalçısından ibarət şuranın tövsiyələri əsasında hazırlanıb. 

Jalə Rövşən 

TodayPress TV

tag: Çin ,Avtomobil ,Gizli tutacaq,Qadağa,Todaypress.tv,