Çexiya ilk milli astronavtını kosmosa göndərməyə hazırlaşır
Çexiyalı hərbi pilot Aleş Svoboda 2027-ci ildə Beynəlxalq Kosmik Stansiyaya uçacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş məlumat verib.
Onun sözlərinə görə, bütün hazırlıq prosesləri uğurla başa çatarsa, Aleş Svoboda 2027-ci ildə tarixdə sırf Çexiya vətəndaşı olan ilk astronavt olacaq.
Çexiyalı astronavtın iştirakı ilə kosmik missiyanın 2027-ci ilin ikinci yarısında baş tutacağı gözlənilir.