Censen Huang "Nvidia"ya qayıdır? - Gözlənilməz dönüş SSENARİSİ
"Nvidia" şirkətinin keçmiş rəhbəri Censen Huang direktorlar şurası ona belə bir təkliflə müraciət edəcəyi təqdirdə ABŞ korporasiyasının baş direktoru vəzifəsinə qayıtmağa hazır olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Əgər direktorlar şurası mənim qayıdışımın səhmdarlarımızın, əməkdaşlarımızın, şirkətin və Amerikanın maraqlarına uyğun olduğuna qərar versə, bu müraciətlərə cavab vermək və baş direktor vəzifəsinə qayıtmaq mənim üçün şərəf olar”, – deyə Huang vurğulayıb.
O, Nvidia investorlarından, biznes tərəfdaşlarından və müştərilərindən bununla bağlı çoxsaylı müraciətlər aldığını da əlavə edib.
Huang həmçinin şəxsi həyatında ciddi səhvlərə yol verdiyinə görə üzr istəyib:
“Direktorlar şurası üçün problemlər yaratdım və buna görə dərindən təəssüflənirəm. Səhvlərimi tamamilə qəbul edirəm və müstəqil araşdırma çərçivəsində hərtərəfli əməkdaşlığa hazıram”.
Aysel Mətləb