Cəbhədə rekord rəqəm: Ukraynanın 780 dronu...

Dünya

20.05.2026 18:40

Rusiya Müdafiə Nazirliyi son 24 saat ərzində Ukraynaya məxsus 780 pilotsuz uçuş aparatının və dörd idarə olunan aviasiya bombasının hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya qüvvələri Ukraynanın yanacaq-enerji infrastrukturu obyektlərinə, sursat anbarlarına, pilotsuz uçuş aparatlarının yığıldığı müəssisələrə və uzaqmənzilli dronların saxlanıldığı məntəqələrə zərbələr endirib.

Rusiya Müdafiə Nazirliyi həmçinin Ukrayna ordusunun son 24 saat ərzində təxminən 990 hərbçi itirdiyini iddia edib. Məlumata əsasən, Ukrayna Silahlı Qüvvələri bir “Leopard” tankını, bir “Gepard” özüyeriyən zenit qurğusunu və ABŞ istehsalı olan iki “Paladin” özüyeriyən artilleriya qurğusunu da itirib.

TodayPress TV

tag: Rusiya,MN,PUA,Ukrayna,Todaypress.tv,