Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldi

Dünya

12.01.2026 08:34

Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

TodayPress TV bu barədə "Mehr" Xəbər Agentliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, buna səbəb Londonda keçirilən etiraz aksiyaları zamanı İran səfirliyinin binası üzərində dalğalanan bayrağın dəyişdirilməsi, həmçinin Britaniya XİN-in İrandakı hadisələrlə bağlı yaydığı bəyanat olub. Bildirilib ki, hadisələrlə bağlı İslam Respublikasının etirazları səfirə çatdırılıb.

Xatırladaq ki, yanvarın 10-da İrandakı aksiyalara dəstək məqsədilə Londonda keçirilən nümayişdə səfirlik üzərindəki İran bayrağı etirazçılar tərəfindən inqilabdan əvvəlki bayraqla dəyişdirilib. Daha sonra bu aktı həyata keçirənlərdən ikisi saxlanılıb.

TodayPress TV

tag: Böyük Britaniya,Tehran,Hüqo Şorter, İran Xarici İşlər Nazirliyi, todaypress.tv,