Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərəcək

Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərəcək
07.03.2026 19:30 Dünya

Böyük Britaniya “HMS Prince of Wales” təyyarədaşıyan gəmisinin Yaxın Şərqə mümkün yerləşdirilməsinə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə “Sky News” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Britaniya hakimiyyəti gəminin döyüş hazırlığını artırıb və müvafiq bildirişi aldıqdan sonra beş gün ərzində döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olmalıdır.

Nəşr xatırladıb ki, əvvəl bu müddət 10 gün idi. Yaxın Şərqdə artan münaqişə fonunda “HMS Prince of Wales” gəmisinin heyətinə mümkün yerləşdirmə barədə məlumat verilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər