Britaniya XİN: Yaxın Şərqdəki münaqişə aylarla davam edə bilər

Dünya

05.03.2026 17:48

Böyük Britaniyanın xarici işlər nazirinin müavini Hamiş Falkoner Böyük Britaniya İcmalar Palatasında çıxışı zamanı bildirib ki, Yaxın Şərqdəki münaqişə bir neçə ay davam edə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Onun sözlərinə görə, mövcud vəziyyətin qısa müddətdə bitəcəyinə dair əlamətlər yoxdur. Falkoner qeyd edib ki, bunun bir neçə gün deyil, həftələr və bəlkə də aylar davam edəcək bir böhran olduğuna dair göstəricilər var.

Nazir müavini əlavə edib ki, hazırda Yaxın Şərqdə təxminən 300 min britaniyalı vətəndaş var və onlardan 140 mini yerləşdiyi yer barədə məlumat verib. Onun sözlərinə görə, martın 4-də Birləşmiş Ərəb Əmirliklərindən səkkiz reys həyata keçirilib, martın 5-də isə daha 10 uçuşun həyata keçirilməsi gözlənilir.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Britaniya,Yaxın Şərq,iran,İsrail,Todaypress.tv,