Britaniya uşaqlar üçün sosial şəbəkələri qadağan edə bilər

Britaniya uşaqlar üçün sosial şəbəkələri qadağan edə bilər
20.01.2026 16:43 Dünya

Böyük Britaniya hökuməti uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi məsələsini müzakirə edir. 

TodayPress TV xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Məlumata görə, Böyük Britaniya hökumətinin nümayəndələri azyaşlılar üçün sosial şəbəkələrə müxtəlif məhdudiyyətlərin tətbiq olunduğu ölkələrin təcrübəsini və bu tədbirlərin effektivliyini öyrənməyi planlaşdırırlar. Xüsusilə, 2025-ci ilin dekabrında 16 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə tam qadağa tətbiq etmiş Avstraliyaya səfər nəzərdə tutulur.

Qeyd edək ki, Avstraliya dünyada ilk genişmiqyaslı qadağa tətbiq edən ölkə olub.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər