Britaniya qazı iki gün ərzində tükənəcək
Böyük Britaniyanın qaz ehtiyatları iki günə tükənəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Bildirilib ki, bu vəziyyət qlobal enerji bazarındakı pozuntularla bağlıdır.
Nəşr qeyd edib ki, “National Gas” şirkəti Böyük Britaniyanın anbarlarında təxminən 6700-7000 giqavatt-saat qaz qaldığını açıqlayıb.
Bu, ölkənin bir il əvvəlki göstəricisindən xeyli aşağıdır və yalnız bir yarım-iki günlük daxili istehlakı ödəyə bilər.
Aysel Mətləb