Braziliyada polislə atışma - Xeyli sayda ölən var
Braziliyanın Rio-de-Janeyro şəhərində polis və silahlı şəxslər arasında toqquşma baş verib.
TodayPress TV xəbər verir ki, hadisə şəhərin şimalındakı favelalarda əməliyyat zamanı olub.
Hadisə nəticəsində 64 nəfər həlak olub,
Onlar arasında 4 polis əməkdaşı da var. Əməliyyat zamanı 81 nəfər saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Aynur TAC